Bidzina İvanişvili Azərbaycan prezidentini Gürcüstana dəvət edib
25 Dekabr 2012 18:28 (UTC+04:00)
Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycan prezidenti
İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. APA-nın
məlumatına görə, B. İvanişvili Azərbaycan dövlət başçısına
təbriklərini çatdırıb, cansağlığı, xoşbəxtlik və uğurlar
arzulayıb.
"Gürcüstanla Azərbaycanı bir-birinə dərin tarixi tellərlə bağlıdır,
münasibətlərimiz dostluğa, hörmətə və qarşılıqlı dəstəyə
əsaslanır.
Mən Gürcüstanın yeni baş naziri kimi əminəm ki, birgə səylərimizlə
əlaqələrimizə yeni təkan verəcəyik və ölkələrimiz arasında strateji
tərəfdaşlıq xalqlarımızın tərəqqisinə və rifahına, regionda sülhün
və sabitliyin möhkəmlənməsinə töhfə verməklə keyfiyyətcə daha
yüksək səviyyəyə qalxacaq.
Dekabrın 26-da Bakıda keçirəcəyimiz ilk görüşü çox böyük
səbirsizliklə gözləyirəm. Bu fürsətdən istifadə edərək münasib
bildiyiniz vaxtda Sizi Tbilisiyə dəvət etmək istərdim.
Zati-aliləri, bu düşüncələrimlə icazə verin ən yüksək ehtiramımı
Sizə çatdırım", - deyə təbrikdə bildirilir.
Belarus prezidenti Aleksandr Lukaşenko da ad günü münasibətilə
Azərbaycan prezidentinə təbrik ünvanlayıb.