Ermənistan XİN-in binası hərraca çıxarılır

26 Dekabr 2012 11:42 (UTC+04:00)
Ermənistan Dövlət Əmlak İdarəsi hökumətin bu yaxınlarda keçiriləcək iclasında ölkənin Xarici İşlər Nazirliyinin binasının hərraca çıxarılması layihəsini təqdim edəcək.
APA-nın Ermənistan KİV-nə istinadən xəbərinə görə, hələlik vaxtı bəlli olmayan hərracda binanın ilkin qiyməti 52 mln. ABŞ dolları olacaq. Qeyd edək ki, bu bina oktyabrın 4-də hökumətin qərarı ilə E. Ernekyana məxsus "Tanqo" şirkətinə satılıb.