Dünyanın ən uzun dəmir yolu xətti istifadəyə verilib
26 Dekabr 2012 13:37 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, sürətli qatarların
hərəkət edəcəyi dəmir yolu xəttinin uzunluğu 2298 kilometrdir. Çin
dövləti sürətli qatarların hərəkət edəcəyi dünyanın ən uzun dəmir
yolu xəttini istifadəyə verib. Paytaxt Pekinlə ölkənin cənubunda
yerləşən liman şəhəri olan Quanqzhou arasındakı dəmir yolu xəttinin
uzunluğu 2298 kilometrdir.
Qeyd edək ki, Pekin şəhərindən başlayaraq ilk reysini həyata
keçirəcək "G801" adlı sürətli qatar, Şijiazhuanq, Zhenqzhou, Vuhan
və Çanqşa şəhərlərinin də daxil olduğu 35 stansiyada dayanacaq.
Maksimum sürət həddi saatda 350 kilometr olan qatar, Pekin
Quanqzhou arasındakı məsafəni 8 saata qət edəcək. Yeni dəmir
yolunun istifadəyə verilməsi isə 20 milyon sakinin gün ərzində
qatarda istifadə etməsinə şərait yaradacaq.