Zəlzələ olub
26 Dekabr 2012 14:57 (UTC+04:00)
Movqe.Az Gürcüüstan mediasına istinadən
xəbər verir ki, dekabrin 25-dən 26-na keçən gecə Qara dənizdə
zəlzələ olub. Qara dənizin Gürcüstan sahillərində baş verən hadisə
yerli vaxtla 00:44-də qeydə alınıb. Rəsmi Tiflis bu təbiət
hadisəsinin Rixter şkalası ilə 5,4 bal gücündə olduğunu
açıqlayıb.
Türkiyənin boğaziçi Universitetinin Təbii Fəlakətlərin
Araşdırılması İnstitutunun verdiyi açıqlama da bu məlumatı təsdiq
edib. İnstitutun məlumatına görə zəlzələnin dərinliyi 8,7
kilometrdir. Qurumdan bildirilir ki, zəlzələ Türkiyənin bəzi
ərazilərində hiss edilib. Xüsusən də Gürcüstan və Qara dənizlə
sərhəd olan Rizə, Ardahan və Artvində yeraltı təkanları hiss etmək
mümkün olub.