O iş adamı danışdı
26 Dekabr 2012 16:01 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Kurtlar Vadisi
Pusu" serialının son bölümündə Necati Şaşmazın oynadığı "Polat
Alemdar" rolunun vurulmasına görə yerli qəzetdə "Ozan Demir" adı
ilə tam bir səhifə başsağlığı elanı verib. Şanlıurfalı iş adamı bu
elanın sosial mediada məşhurlaşdığını gördükdə onun zarafat
olduğunu qeyd edib. Elanının bu qədər məşhurlaşdığığından
təccübləndiyini deyən iş adamı özünü reklam etmək fikrində
olmadığını açıqlayıb: "Əslində özümü reklam etmək fikrində
olmamışam. Bu zarafat idi. Ona görə də həmin elanı başqa adla
vermişəm."
Bu sezon ekranda 10-cu ilini qeyd edən "Kurtlar Vadisi Pusu"
filminin son bölümündə Necati Şaşmazın oynadığı "Polat Alemdar"
rolu Suriyada peşəkar tuşlayıcı tərəfindən vurulub. Ardınca onun
içərisində olduğu evdə partlayış olub. "Polat Alemdar"ın ölüb
ölmədiyi hələ bəlli deyil. Filmdəki polad rolunun azarkeşi olan
Şanlıurfalı iş adamı Abdullah Fidan "Ozan Demir" adı ilə regional
qəzetlərin birində başsağlığı verib.