Çində qadınlar daha uzun yaşayır

26 Dekabr 2012 14:51 (UTC+04:00)
Movqe.az xəbər verir ki,  dünyanın ən çox əhalisi ölkəsi Çində 100 yaş və daha çox yaşayan Çinli sayının 47 mindən çox olduğu bildirilib. Ölkədə hər 10 "əsrlik Çinli"dən 8-in qadın olduğu açıqlanıb. Çin mediasında verilən xəbərdə, ölkədə 100 yaşı 100-ü adlamış 47 min 773 Çinlinin yaşadığı bildirilib. Edilən araşdırmaya görə Honq Konq və Makao Şəxsi İnzibati Bölgələrinin bura daxil edilmədiyi vurğulanıb. Yaşı 100-ü keçmiş əhalidən qadınların kişilərə nisbətlə böyük bir üstünlüyünün olduğuna toxunulan xəbərdə, qadın sayının 38 min 268, kişi sayının isə 9 min 505 olduğu deyilib.