Büdcə etirazları baş alıb gedir

26 Dekabr 2012 15:09 (UTC+04:00)

Movqe.Az bildirir ki, Makedoniyada 2013-ci il büdcəsinin təsdiqlənməsindən sonra məclis işlərinə qatılmayacağını açıqlayan müxalifət partiyaları "vətəndaş itaətsizlik" nümayişlərinə başlayıb. Paytaxt Skopye başda olmaq üzrə ölkə daxilində bir çox şəhərin əsas prospektlərində toplanan etirazçılar, buralardakı yol axışını yarım saatlığına dayandırıb. Skopyedəki nümayişə, ana müxalifət lideri Makedoniya Sosialist Demokratlar Birliyinin başçısı Branko Krvenkovski və müxalif koalisiya ortaqları da qatılıb. Sakit başlayan etirazlar zamanı gənclərdən ibarət iki qrup arasında gərginlik yaşanıb. Nümayişlərə qatılan köhnə Daxili Makedon İnqilabçı Təşkilatı-Makedoniyanın Milli Birliyi Demokratik Partiyasının (VMRO-DPMNE) lideri və keçmiş baş nazirlərdən Lyupço Qyorgievski də məclisdə dünən yaşanan hadisələri qınayıb. Müxalifət, etirazların cümə gününə qədər davam edəcəyini bildirib.