Yaponlar internetdə daha çox vaxt keçirir

26 Dekabr 2012 15:58 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Yaponiyada edilən bir araşdırma insanların gün ərzində internetdə keçirdikləri vaxtın artdığını müəyyən edib. Daxili İşlər və Ünsiyyət Nazirliyinin hər 5 ildə etdiyi araşdırmaya görə, bir Yapon gündə 41 dəqiqəsini internetdə sörfinq edərək keçirir. Kişilərin, qadınlara görə internetdə daha çox vaxt keçirdikləri də təyin olunub. Araşdırmaya qatılan kişilərin 28.3 faizi internetdə 3 saat keçirdiklərini qeyd edib. Qadınların isə yüzdə 20.8 faizi internetə gündəlik girdiklərini və 2 saata yaxın vaxt keçirdiklərini deyib.