Lenin Mavzoleyi 4 ay bağlı olacaq

26 Dekabr 2012 16:03 (UTC+04:00)
Movqe.Az bildirir ki, Rusiyanın tarixi Qırmızı Meydanında yer alan Sovetlər Birliyinin qurucusu Vladimir Leninə aid Mavzoley yenidənqurma səbəbi ilə 4 ay ziyarətə bağlanılıb. Ağ bir çadırla örtülən mavzoleyin ətrafı da qırmızı brandalarla əhatəyə alınıb. Mavzoleyin tikilməsindən bu günə qədər ilk dəfə böyük bir təmirdən keçəcəyi söylənilir. Mavzoleyin içində mumiyalanmış vəziyyətdə saxlanılan Leninin cəsədi ilə əlaqədar isə hər hansı bir əməliyyat aparılmayacaq. Federal Qoruma Xidməti işçisi Stanislav Kyuverin verdiyi müsahibəsində,  mavzoleyin xarici səthinin yağış və qar səbəbi ilə zərər gördüyü, zəmində də oynamalar olduğunu bildirib. 30 aprelə qədər tamamlanması planlanan modernizasiya işləri ilə mavzoley yenilənəcək. Leninin cəsədinin mumiya içindən çıxarılaraq torpağa basdırılması ilə əlaqədar müzakirələr isə davam edir. Son olaraq Rusiya lideri Vladimir Putin, Leninin basdırılmayacağını söyləmişdi.