Bu il təxminən min nəfər narkotikdən öldü

26 Dekabr 2012 17:00 (UTC+04:00)

Movqe.Az bildirir ki, Almaniyanın ən böyük problemlərindən biri olan narkotik asılılığı bu ölkədə can almağa davam edir. DAPD xəbər agentliyinin mövzuyla əlaqədar etdirdiyi araşdırmaya görə, bu il narkotik asılısı 986 adam dünyasını dəyişib. Almaniyada bu il 60 min adam narkotik asılılığı üzündən müalicə görüb. Bu rəqəm 2011-ci ilə nisbətən  20 faizlik bir enişə işarə etsə də, narkotik istifadə edən və bu səbəblə müalicə görənlərin sayında hər hansı bir azalma görülməyib. Buna görə bu il içində Almaniya daxilində 60 min adam narkotik istifadəsi səbəbiylə tibbi müalicə alıb. Alman Narkotik asılılığını İzləmə Mərkəzi problemin xüsusilə gənclərdə yaşandığını vurğulayıb.