Qız olsa adı Diana olacaq

26 Dekabr 2012 17:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, İngiltərə şahzadəsi Uilliam və həyat yoldaşı Katherin doğulacaq körpələri qız olsa adını Diana qoymağa qərar veriblər. Şahzadə Uilliamın anası Uels Şahzadəsi Diana 1997-ci ildə Parisdə sevgilisi Dodi El Fayedlə birlikdə paparazzilərdən qaçan zaman keçirdikləri yol qəzasında həla olub. 14 həftəlik hamilə olduğu söylənilən Katherinin körpəsinin cinsiyyəti hələ məlum deyil.