Rusiya da bu filmi qadağan etdi
26 Dekabr 2012 18:02 (UTC+04:00)
Movqe.Az bildirir ki, Rusiya Ədliyyə
Nazirliyi, İslama və Hz. Məhəmmədə (s.ə.v.) ağır təhqir ehtiva edən
"Müsəlmanların Məsumluğu" adlı filmi rəsmi olaraq qadağan edib.
Nazirlik, əvvəl Moskvanın Tverski Məhkəməsinin film haqqında
verdiyi "radikal" qərarının qüvvəyə minməsini qərarlaşdırıb.
Qadağan film siyahısına daxil edilən "Müsəlmanların Məsumluğu" ölkə
daxilində heç bir şəkildə göstərilməyəcək. Sentyabr ayında
Çeçenistan Prezidenti Ramzan Kadırov və Federasiya Şurasının
senatoru Ruslan Qattarov da filmin əleyhinə sərt açıqlamalar verib.
Senator Qattarov, " Mənə Rusiyanın əhəmiyyətli orqanları dəstək
verib, birlikdə filmin qadağan edilməsini bacardıq. Bundan sonra da
dini dəyərlərə qarşı belə çirkin hücumlara lazım olan mübarizəni
göstərəciyik." ifadələrini söyləyib.