“Atletiko”nun Ronaldosu, Messisi

22 Aprel 2012 22:43 (UTC+04:00)

Avropa Liqasının yarımfinalında "Valensiya"nın 4:2 hesabıyla məğlub edən İspaniyanın başqa bir təmsilçisi "Atletiko" finalın bir addımlığındadır. Qol.Az-ın məlumatına görə, komandanın uğurlarında Radamel Falkaonun böyük əməyi var. Bu mövsümün əvvəli "Portu"dan "Atletiko"ya transfer olan kolumbiyalı hücumçu Avroliqadakı 13 oyunun 11 qola imza atıb. Son iki qolu o, dünən "Valensiya"nın qapısına vurub. Bundan başqa, Falkao İspaniya çempinatında 22 dəfə fərqlənə bilib. Bu göstəricilərlə Falkao bombardirlik yarışında La Liqada Messi və Ronaldodan sonra üçüncü, Avropa liqasında isə birinci yeri tutur. Yeri gəlmişkən, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Falkaonun Messi ve Ronaldoyla müqayisə edib: "Bəli, o, bizim komandanın Ronaldosu, Messisidir".