Rusiyaya gedən azərbaycanlılardan tibbi sığorta tələb olunacaq

27 Dekabr 2012 12:30 (UTC+04:00)

Rusiyaya vizasız gələn xarici ölkə vətəndaşlarından tibbi sığorta tələb olunacaq. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tibbi sığortanın tələb olunmasına 2015-ci ildən başlanılacaq.

Dövlət Sərhəd Komitəsi Rusiyaya vizasız rejimdə gələcək vətəndaşların tibbi sığortalanmasının vacib olduğunu açıqlayıb.

 Qeyd edək ki, Rusiyanın Azərbaycan daxil olmaqla 37 ölkə ilə vizasız rejimi mövcuddu