Suriya səfirliyimiz təhlükəsiz yerdədir

27 Dekabr 2012 12:30 (UTC+04:00)

Suriyada cərəyan edən olaylar bu ölkənin əsl xaos yuvasına çevirib. Elə bunun nəticəsidir ki, Suriyada həlak olanların sayı durmadan artır. Onu da xatırladaq ki, son günlərə qədər Azərbaycanın Suriyadakı səfirliyi də Dəməşqdə fəaliyyətini davam etdirirdi. Hazırad səfirliyin fəaliyyətinin nə yerəd olması ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Mövqe. Az saytına açıqlamasında aşağıdakıları deyib: "Bizim səfirlik indi Suriyada fəaliyyət göstərmir. Zənnimcə, sentyabr ayından Azərbaycanın Suriyadakı akkreditə olunmuş səfirliyi öz fəaliyyətini Livanın Beyrut şəhərindən həyata keçirir".

Məlumdur ki, artıq əksər Qərb ölkələri Suriya müxaliftini bu ölkənin qanuni təmsilçisi kimi tanıyır. Azərbaycanın bu məsələdə tutduğu mövqeyə gəlincə, Elman Abdullayev bildirir: "Azərbaycanın mövqeyi belədir ki, birincisi, biz çox təəssüf edirik ki, bu toqquşmalardan günahsız insanlar əziyyət çəkir. Biz istərdik ki, günahsız insanların ölümü dayandırılsın. Tərəflər dialoq, danışıqlar vasitəsi ilə sülh və əminamanlığı bərpa etsinlər. Bizim mövqeyimiz belədir. Biz ümumiyyətlə, sülh və əminamanlığın tezliklə bərpa olunmasının tərəfdarıyıq. Bu münaqişənin, qarşıdurmanın sülh yolu ilə nəticənin əldə olunmasında biz Ərəb Dövlətləri Liqasının təşəbbüslərini dəstəkləmişdikvə dəstəkləyirik. Hesab edirik ki, Ərəb Dövlətləri Liqası ilə BMT-nin birgə səyi nəticəsində danışıqların aparılması və tərəflər arasında qarşıdurmaya son qoyulması mümkün ola bilər. Birgə səylər olduqca vacib və əhəmiyyətlidir. Çünki qarşı duran tərəflər birgə səy nəticəsində güman edirik ki, hansısa bir müsbət nəticəyə gələ bilərlər.

Bizim üçün ən önəmli məqam sülh və əminamanlığın bərpa olunmasıdır, insan ölümünün dayandırılmasıdır və tərəflər arasında dialoq vasitəsi ilə problemin həll edilməsidir. Hər bir dialoqda hansısa bir nəticə əldə olunur. Bunun sonu da siyasi razılaşmaya dayanır. İlk növbədə əsas məsələ dialoqun aparılması və insan ölümünün dayandırılmasıdır. İkincisi, hansı razılıq əldə olunacaqsa, bu da qarış duran qərarı olacaqdır. Təbii ki, biz dialoqu dəstəkləyirik. Hazırda Suriyada vəziyyət gərgindir. Tərəflər gərək münaqişəni dayandırıb siyasi çözümə gəlib çıxsınlar. Bu siyasi çözüm də Suriyanın gələcək müqəddəratını həll edəcək".