Şadlıq sarayında faciə: ölən var

27 Dekabr 2012 13:28 (UTC+04:00)

Dekabrın 26-da İmişli rayonu ərazisində faciəvi hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, "Elçin" şadlıq sarayında aparılan təmir işləri zamanı orada işləyən Eldar Fərəcovun üstünə beton plitə düşüb.

Nəticədə fəhlə hadisə yerində ölüb.

Faktla əlaqədar araşdırmalar aparılır.