Milyard dollarlıq "ayaqaltı" fakturası

27 Dekabr 2012 16:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Yapon avtomobil nəhəngi Toyota, ABŞ-da açılan yüzlərlə iddiada uzlaşma təmin etmək üçün 1.1 milyard dollar təzminat ödəməyi qəbul edib. Razılaşmaya uyğun olaraq Toyota, avtomobillərdə təhlükəsizlik mövzusunda edilən dəyişikliklərin xərclərini və bunların səbəb olduğu iqtisadi zərərləri qarşılamaq üçün avtomobil sahiblərinə təzminat ödəyəcək. Toyota, avtomobillərdəki ayaqaltıların qaz pedalına ilişməsi səbəbiylə 2009-cu ildən bu yana dünya səviyyəsində 14 milyon avtomobili bazardan geri çəkib. Avtomobil sahibləri, ani sürətlənmə probleminin ayaqaltıya ilişməsindən deyil, Toyota texnologiyasından qaynaqlandığını irəli sürürlər. Uzlaşmanın ABŞ-dakı hakim tərəfindən təsdiqlənməsi lazımdır. Toyotanın ABŞ Qrup Başçı köməkçisi Kristofer Reynoldsun verdiyi məlumatda, uzlaşmanın "çətin bir qərar" olduğunu, çünki qaz pedallarının etibarlı olduğunun təsbit edildiyini bildirib. Ancaq Reynolds bu səhifəni bağlamanın şirkət və müştəriləri üçün daha xeyirli olacağını vurğulayıb. Hakim Ceyms Selna uzlaşma mövzusunda 28 dekabrda qərar verəcək.