"İçəridə" adlı serialla ekranlara dönməyə hazırlaşan
Çağatay Ulusoy yeni rolu üçün dəyişilib.
Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yeni rolu
üçün 8 kiloqram arıqlayan, əzələ yığan və saçlarını kəsdirən
Çağatay ekran işində əsəbi polis işçisini canlandıracaq.
Bu, Çağatayın ilk zahiri dəyişikliyi deyil. Fərqli obrazlarda
görünən aktyor ilk olaraq 2011-ci ildə "Adını Feriha koydum"
serialında uşaq simalı gənci oynamışdı. Daha sonra "Medcezir" üçün
arıqlayan və saçlarını uzadan aktyor "Delibal" filmi üçün tamam
başqa obraza girmişdi.