Mübahisə etdi, öldürdü və şkafda saxladı

27 Dekabr 2012 17:05 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerikanın Nyu-York şəhərində 33 yaşlı Eşton Bars, mübahisə etdiyi qonşusu Ceson Kampbeli boğaraq öldürüb, sonra cəsədi bir həftə ərzində evində saxlayıb. Ancaq soyuqqanlı qatilin "qanlı sirri", qonşuların qoxunu hiss edərək polisə xəbər vermələri nəticəsində ortaya çıxıb. Polis məntəqəsində verdiyi ifadəsində əvvəl günahını qəbul etməyən Bars, edam cəzası olmayacağını öyrənən zaman cinayəti etiraf edərək həbs olunmasına razı olub.