Tanınmış aktrisa ana olmağa hazırlaşır

27 Dekabr 2012 17:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, Amerikalı müğənni və aktrisa 32 yaşlı Cessika Simpson ikinci dəfə ana olmağa hazırlaşır. Nişanlısı Erik Consondan bir qızı olan Simpson, müjdəni "Twitter"dən bildirib. Yeni bir proqram üçün 4milyon dollarlıq müqavilə imzalayan Simpsonun hamiləliyinin razılaşmaya necə təsir edəcəyi isə hələ bilinmir. Xatırladaq ki, cütlüyün ilk uşaqları 7 ay əvvəl dünyaya gəlib.