Vulkana dırmaşarkən dünyasını dəyişdi

27 Dekabr 2012 17:16 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Ekvadorda Amerikalı alim Duqlas Kirbinin "Cotopaxi" vulkanına dırmaşarkən öldüyü bildirilib. Ekvador Ekologiya Nazirliyindən edilən şərhdə, 5 min 900 metr yüksəkliyindəki vulkana dırmaşan Kirbinin ilkin məlumatlara görə infarkt səbəbiylə həyatını itirdiyi deyilib. Kirbi Kaliforniyada səhiyyə təhsili ilə bağlı işlər görən bir təşkilatda fəaliyyət göstərirdi.