Çılğın cütlük 29 dəfə evləndi - FOTOLAR

27 Dekabr 2012 18:09 (UTC+04:00)
Movqe.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ingilis cütlük Lisa Qant və Aleks Pellinq dünyanın fərqli yerlərində tam 29 dəfə evlənib. Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) üçün pul yığmaq məqsədi ilə tura çıxan Lisa və Aleks rəsmi olmasa da tam 29 dəfə evlənib. Həyatlarını UNICEF üçün pul toplamağa həsr edən cütlük, əslində rəsmi olaraq evli deyil. Rəsmi olaraq harada evlənəcəklərinə 2014-də 50 ölkədən ibarət dünya turunu tamamladıqdan sonra qərar verəcəklər. Rəsmi olmayan ilk nikahlarını Peruda gerçəkləşdirən cütlük, sonuncu dəfə şənbə günü ABŞ-ın Kaliforniya ştatında nigah bağlayıblar.