ABŞ vətəndaşına rus uşaq övlad götürmək qadağandır!

27 Dekabr 2012 17:47 (UTC+04:00)
Movqe.az xəbər verir ki, rus uşaqların ABŞ vətəndaşına övladlıq verilməsini qadağan edən qanun layihəsi, Rus parlamentinin üst qanadı Federasiya Şurası tərəfindən təsdiqlənib. Federasiya Şurasının yekdilliklə təsdiq etdiyi qanun layihəsinin qanun halına gəlməsi üçün RusiyaPrezidenti Vladimir Putin tərəfindən imzalanması lazımdır. Rus parlamentinə təqdim edilən qanun layihəsi, ABŞ-da bir ailəyə övladlıq verildikdən sonra, atasının ona fikir verməməsi nəticəsində dünyasını dəyişən rus əsilli Dima Yakovlevin adıyla xatırlanır. ABŞ-da 2008-ci ildə meydana gələn hadisədə Dimanı övladlığa götürən atası tərəfindən maşında unudulan Yakovlev saatlarla yandırıcı günəş altında qalması nəticəsində dünyasını dəyişmiş, mühakimə olunan atası isə həbs eedilmişdi.