Həbsxanada yer olmadığı üçün məhkumlar sərbəst gəzir

27 Dekabr 2012 18:16 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Belçikada illərdir həddindən çox  insan olan həbsxanalarda məhkum sayında yeni rekord olub. Belçika həbsxanalarında yer olmaması səbəbiylə təxminən 2 min 700 təqsirkar sərbəst gəzir. Belçikadakı ümümi insan tutumu 9 min 600 olan həbsxanalarda bu gün 11 min 855 məhkum var. Belçikanın illərdir qanayan bir yarası olan həbsxana probleminə Hollandiyadan icarəyə verilən hücrələr də həll ola bilməyib. Avropa Şurası, həbsxanaların acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb. Şura, bəzi məhkumların tualet ehtiyaclarını otaqlarında olan və yalnız iki gündə bir boşaltılan qablara etmək məcburiyyətində qalmalarını sərt sözlərlə tənqid edib.