Öskürək siropu ölümə səbəb olub

28 Dekabr 2012 14:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Pakistanın Qujranvala vilayətində daxilində yüksək miqdarda spirt ehtiva edən öskürək sirobundan 12 nəfər ölüb. Əyalət Səhiyyə direktoru Dr. Ənvər Amanullah spirt ehtiva edən siropun bəzi spirt aludəçiləri tərəfindən yüksək nisbətdə istehlak edilməsi nəticəsində 12 nəfərin dünyasını dəyişdiyini söyləyib. Amanullah, vəziyyəti kritik olan 10-dan çox insanın xəstəxanada müalicə altında olduğunu bildirib. Pakistanın Lahor şəhərində ötən ay əczaxanalarda reseptsiz satılan öskürək siropundan 16 nəfərin ölməsiilə səhiyyə nazirliyi sözügedən  dərmanın topladılmasına qərar vermişdi.