İşdən çıxarıldıqlarına görə etiraz ediblər
28 Dekabr 2012 14:32 (UTC+04:00)
Movqe.Az bildirir ki, İspaniyanın paytaxtı
Madrid, bu dəfə hava yolu şirkəti "Iberia" işçilərinin nümayişinə
səhnə olub. Aktivistlər, zərər edən şirkəti iflastan qorumaq
məqsədi ilə rəhbərlik tərəfindən inkişaf etdirilən və 4 min 500
işçinin işinə son verilməsini nəzərdə tutan plana təzyiq göstərib.
Nümayişçilər, "İberia"nın yenidən qurulması çərçivəsində maaşlarda
ediləcək 25 faiz ilə 35 faiz nisbətindəki azalmalara da etiraz
ediblər. Maliyyə böhranı ilə mübarizə aparan ispan "Iberia"
şirkəti, 2011-ci ilin yanvar ayında ingilis "British Airways" hava
yolu şirkəti ilə güclərini birləşdirib. İki şirkət bu birlik
vasitəsi ilə iqtisadi böhrandan ən az zərərlə xilas olmağı
planlaşdırırlar.
"Iberia"nın 4 min 500 işçisini işdən çıxarması və tətbiq edəcəyi
azalmalar sayəsində 3 il içində 600 milyon avroluq qazanc təmin
edilməsi gözlənilir.