Şakira ana oldu

28 Dekabr 2012 15:00 (UTC+04:00)
Movqe.Az bildirir ki, Kolumbiyalı müğənni Şakira ilə sevgilisi futbolçu Cerard Pikenin ilk körpələri dünyaya gəlib. Pike müjdəni pərəstişkarlarına "Twitter"də bildirib. Sənətçinin sevgilisi Cerard Pike körpənin doğum xəbərini "Twitter" səhifəsində bildirdikdən sonra "Çox xoşbəxtik" deyib. "Daily Mail" qəzetinin xəbərinə görə, Miladdan əvvəl Barselonada yeni il alış-verişi edərkən görünən Şakiranın yanvar ayının əvvəlində doğum etməsi gözlənilirdi.

Məşhur müğənni tərəfindən körpə ilə əlaqədar hər hansı bir məlumatın gəlməməsi pərəstişkarlarının ağlına Pikenin zarafat etmiş ola biləcəyi gəlib. Pike ictimai mediadakı tərəfdarlarına bu sözlərlə səslənib: "Oğlumuz dünyaya gəldi. Çox xoşbəxtik. Mesaj göndərən hər kəsə çox təşəkkür edirik."