Hillari Klinton haradadır?

28 Dekabr 2012 14:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ dövlət katibi Hillari Klintonun xəstələndiyi 15 dekabrdan bəri xalqın qarşısına çıxmaması sağlamlıq vəziyyəti haqqında narahatlıq yaradıb.  Xarici İşlər Nazirliyi səlahiyyətlilərinin bu tarixdə verdiyi məlumata görə, Klinton  huşunu itirib. 19 dekabrda Xarici İşlər Nazirliyinin verdiyi Milad mərasiminə qatıla bilməyən Klintonun eyni gün ofisindən edilən şərhdə 20 dekabrda reallaşacaq olan Binqazi Konsulluğu hücumu sorğusunda da iştirak etməyəcəyi deyilib. Klinton, 21 dekabrda prezident Barak Obamanın Jon Kerini gələcək xarici işlər naziri namizədi olaraq göstərdiyi elanını da qaçırıb. Obama "Hillari bu gün burada olmağı çox istəyirdi, lakin yaxşılaşmağa davam edir" deyib. Klintonun sağlamlıq vəziyyətinin necə olduğu haqqında hələlik rəsmi bir şərh edilməyib.