Çavez səlahiyyətlərini təhvil verib

28 Dekabr 2012 15:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Venezuelanın xərçəng müalicəsi görən 58 yaşlı Prezidenti Huqo Çavez  bəzi səlahiyyətlərini müavini Nikolas Maduroya təhvil verib. Çərşənbə günü altında Çavezin imzasını daşıyan bir məlumat olaraq rəsmi qəzetdə yayımlanan elana görə, bundan sonra ölkədə milli büdcə və milliləşdirmə mövzularında qəti qərarlar Maduronun məsuliyyətində olacaq. Çavezin sözügedən  rəhbərlik təlimatını son əməliyyatını olmaq üçün Kubaya getdiyi 11 dekabr tarixindən bir gün əvvəl imzaladığı öyrənilib. Kubada müalicəsi davam edən Çavez pelvis bölgəsində olan pis xasiyyətli şiş səbəbindən ötən ildən bu yana üç əməliyyat keçirib.