2013-cü ildə "hər şey daxil" turlar üstünlük təşkil edəcək

28 Dekabr 2012 16:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, "Telegraph" qəzeti, səyahət qurumu "Abta" tərəfindən nəşr olunan 2013 trendləri ilə bağlı yeni hesabatın 2013-ci ilə aid rezervasiyaların müsbət bir görünüşü sərgilədiyini və turistlərin günəşli əraziləri istədiklərini göstərdiyini yazıb. Turistlərin "hər şey daxil" tətilləri seçim edəcəyini də bildirən qəzet, tətil müddətlərinin uzadılacağını və tətil üçün daha çox pul xərclənəcəyini ortaya qoyan "TravelSupermarket"in anketi ilə bağlı da xəbər verib. Qəzet, bunları yazıb: "Sorğu, 2013-cü ilin ən məşhur yerlərinin İspaniya, ABŞ, Portuqaliya, Yunanıstan, Türkiyə, İtaliya və Fransa olacağını göstərib və başda gəmi gəzintiləri olmaq üzrə "hər şey daxil" tətillərin genişlənəcəyini gözlədiklərini də vurğulayıb."