İdmanı atma, yeməyi azaltma

28 Dekabr 2012 16:50 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Qüsursuz "Victoria's Secret" bədənini qoruyan Erin Hiterton, sıx tempinə baxmayaraq idmanı vaxti-vaxtında etdiyini söyləyib. Məşhur top model, qadınlara məsləhət verməyi də unutmadı. O,  "Bir çoxları idman edib kifayət qədər qidalanmırlar. Bu da bədənin özünü göstərə bilməməsinə gətirib çıxarır. Gözəl quruluşa sahib olmaq əhəmiyyətlidir, amma yaxşı qidalanmaq və idmanı da atmamaq lazımdır." deyib.