“Yəqin cənazəni sabah axşam yola sala biləcəyik”

28 Dekabr 2012 15:49 (UTC+04:00)
Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov Sevinc Babayevanın İstanbulun "Medicana İnternational" xəstəxanasında ölməsini təsdiqləyib. Baş konsul Lent.az-a açıqlamasında bildirib ki, mərhumun oğlu və qardaşı bu gün meyitə baxış keçirib və ölən şəxsin həqiqətən Azərbaycan vətəndaşı Sevinc Babayeva olması təsdiqlənib: "İlkin məlumata görə, o, ürək çatışmazlığından dünyasını dəyişib. Hazırda meyit xəstəxananın morqunda saxlanılır və sabah ekspertizadan keçirilməsi üçün məhkəmə-tibb ekspertizasına göndəriləcək. Yalnız bundan sonra sənədləşmə işləri aparılacaq və meyit Azərbaycana göndəriləcək. Hər şey vaxtında bitsə, yəqin ki, biz cənazəni sabah axşam yola sala biləcəyik".
Qeyd edək ki, İstanbulun Böyük Çəkməcə rayonunun prokuroru Fuad Arı APA-ya bildirib ki, S. Babayevanın Türkiyədə harada yaşadığı, bu ölkəyə necə daxil olduğu araşdırılacaq.