"Suriyada seçkiyə qədər müvəqqəti hökumət qurulsun"
28 Dekabr 2012 16:39 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Suriya yaşanan
böhranın həlli üçün diplomatik yol təklif olunub. Birləşmiş
Millətlər Təşkilatının və Ərəb Birliyinin Suriya üzrə xüsusi
nümayəndəsi Əl-Ahdar əl-İbrahimi beş günlük Suriya ziyarətinin
ardınca Moskvaya gedib.
Xüsusi nümayəndə ölkədə yeni bir seçki keçirilənə qədər müvəqqəti
hökumət qurulması çağırışını edib: "Bunu söylədiyim zaman mənimlə
eyni fikirdə olmadığınıza inanmamaq mümkün deyil. Suriyadakı
vəziyyət, hazırda yalnız ölkədə yaşayan xalq üçün deyil, qonşu
ölkələr və bütün dünya üçün böyük bir təhlükə saçır. "
Xarici KİV-in yaydığı məlumata görə həmin vaxt Moskva ilə Vaşinqton
arasında Suriya böhranının həlli mövzusunda hər hansı bir gizli
görüş keçirilmədiyini açıqlanıb. Digər tərəfdən rejimə bağlı ordu
birliklərinin müxtəlif şəhərlərdə ağır silahlarla təşkil etdiyi
əməliyyatlarda 117 adam həyatını itirib.