"Qızıl top"u Ronaldo almalıdır"

28 Dekabr 2012 18:10 (UTC+04:00)
Portuqaliya futbolunun canlı əfsanəsi Luiş Fiqo bu il "Qızıl top" mükafatının favoritini açıqlayıb. Fiqo bu mükafatın "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun qazanmalı olduğunu bildirib:
"Ronaldo bu il "Qızıl top" mükafatına daha yaxındır. Çünki Ronaldo La Liqa və son Avropa çempionatında yaxşı çıxış etdi. Bu tərz mükafatlarda yüzlərcə insan səs verir. Ona görə də mükafatı kimin qazanacağını söyləmək çətindir. Onu deyim ki, bizim vaxtımızda "Qızıl top" mükafatını qazanmaq daha çətin idi".
Qeyd edək ki, "Qızıl top" mükafatı uğrunda Lionel Messi, Kriştiano Ronaldo və Andres İniyesta mübarizə aparırlar.