"Mourinyo və Ronaldo "Real"ı tərk etsələr..."

28 Dekabr 2012 18:32 (UTC+04:00)
"Real" (Madrid) klubunun müdafiəçisi Pepe maraqlı açıqlama verib. "Record"a danışan Pepe İspaniyada portuqaliyalı futbolçuların üzərində böyük təzyiqin olduğunu bildirib: "Hazırda La Liqada işlərimiz yolunda getmir. "Real"da müəyyən problemlər özünü biruzə verir. Ümumilikdə isə İspaniyada portuqaliyalı futbolçular üzərində böyük təzyiq var. Mövsümün sonunda Mourinyo və Ronaldonun komandadan ayrılacağı bildirilir. Təbii ki, bu, onların seçimidir. Lakin onlar komandadan ayrılacaqlar deyə, mən də "Real"ı tərk etməyəcəyəm".