Azərbaycanın ən yaxşısı klubsuz qala bilər

28 Dekabr 2012 19:10 (UTC+04:00)
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev mövsümün sonuna qədər klubsuz qala bilər. Azerisport.az saytına müsahibəsində bunu futbolçu özü bəyan edib: "Məni heyətində görmək istəyən bütün klublar "Xəzər Lənkəran"la problemimi özümün həll etməyimi istəyirlər. Eyni zamanda hələ heç bir rəsmi təklif də yoxdur. Ona görə də bu vəziyyətin mövsümün sonuna qədər davam etməsi istisna deyil". Qeyd edək ki, Ağayevin xidmətində iki paytaxt klubu maraqlıdır. Amma o, həmin klubların adlarını açıqlamayıb.