10 minlərlə insan Yeni ilə dua edərək girəcək

30 Dekabr 2012 13:26 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yeni ilə girməyə az qalmış müxtəlif ölkələrdə müxtəlif əyləncələr təşkil edilsə də, İndoneziya yeni ilə zikrlər və dualar ilə girəcək. Paytaxt Cakartada yeni ilə dualar və zikrlər ilə daxil olunacaq. Cakartadakı proqramdan biri Monaşi milli abidəsi qarşısında keçiriləcək. İndoneziyanın ən çox satılan Respublika qəzetinin təşkil etdiyi yeni il proqramı isə "Tamam" mini parkında keçiriləcək. Ötən il nazir və yüksək səviyyəli siyasətçilərin də qatıldığı proqrama bu il də yüksək vəzifəli iştirakçıların qatılması gözlənilir. 10 minlərlə insan yeni ilə girməyə saatlar qalmış birlikdə zikr və dua edəcək.