Yaponiyada daha bir zəlzələ

30 Dekabr 2012 14:02 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yaponiyanın şimal-şərq sahillərində 5,5 bal gücündə zəlzələ meydana gəlib. Amerika Geofizika Təşkilatı, zəlzələnin Senadai şəhərinin 123 kilometr şərqində, dənizin 40 kilometr dərinliyində meydana gəldiyini bildirib. Ölkədə bu ay eyni bölgədə meydana gələn 7,3 böyüklüyündəki zəlzələ, böyüklüyü bir metr olan dalğalara səbəb olmuşdu. Yaponiyada 11 mart 2011-ci ildə meydana gələn 9 bal böyüklüyündəki zəlzələdə təxminən 19 min nəfərin öldüyü və ya itdiyi ifadə edilmişdi. Bu zəlzələ, Fukuşima Nüvə bazasında fəlakətə səbəb olmuşdu.