Dekabrın 29-da Azərbaycanı İstabuldak baş konsulu Həsən Zeynalovun təşəbbüsü ilə "Qrant Heyyet" otelində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram şənliyi təşkil olunub. Mərasimdə Millət vəkili Sabir Rüstəmxanlı, Azəri - Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, İstanbul şəhərində yaşayan çox sayda diaspor nümayəndələri, konsul Emma Heydərova, Azərbaycandan dəvət olunmuş incəsənət xadimləri, Türkiyə ictimaiyyətinin nümayəndələri, elm adamları, İstambulda təhsil alan tələbələrimiz, müxtəlif qurumların və ictimai birliklərin təmsilçiləri və konsulluğun əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə acan
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışıb və
Azərbaycan prezidenti İlham Əliyevin qeyd olunan bayram münasibət
ilə dünya azərbaycanlılarına ünvanladığı müraciətini oxuyub. Sonda
Həsən Zeynalov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Mərasimdə çıxış
edən Dünya Azərbaycanlıları Konqresinin sədri, millət Vəkili Sabir
Rüstəmxanlı Həmrəylik Gününün önəmindən danışıblar. Bundan sonra
şənlikdə il ərzində Azərbaycanın təbliği ilə bağlı tədbirlərdə fəal
iştirak edən soydaşlarımız Baş Konsulluğun təşəkkürnamələri ilə
təltif ediliblər. Daha sonra tədbir iştirakçılarına ziyafət verilib
və mərasim geniş konsert proqramı ilə davam edib.