Yeni ilə ilk daxil olan ölkələr

31 Dekabr 2012 14:26 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yeni ili dünyada ilk olaraq Sakit okeanda yerləşən Kiribati və Samoa qarşılayıb. Adalar, Bakı vaxtilə 14.00-da 2013-cü ili qarşılayıb. Kiribati və Samoadan sonra Bakı vaxtilə 13.00-da Yeni Zelandiya yeni ilə girib. 2013-cü il girəcək ilk böyük şəhər isə 18.00-da Avstraliyanın Sidney şəhəri olacaq. Minlərlə insan, Sidney limanı və Sidney limanı körpüsündə keçiriləcək ənənəvi atəşfəşanlıq nümayişini izləmək üçün toplaşıb.