Yapon əhalisinin sayı rekord səviyyədə azalır

1 Yanvar 2013 13:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki, dünyanın ən böyük üçüncü iqtisadiyyatına malik olan Yaponiyanın əhalisinin sayı sürətlə azalır. Əhalisinin yaşlanmasının gətirib çıxardığı problemlərlə üzləşən Yaponiyada ötən il rekord dərəcədə insan sayı azalıb. Səhiyyə Nazirliyinin 2011-ci il üçün nümayiş etdiyi hesabata görə, əhalinin 212 min nəfər azalması gözlənilir. 2011-ci ildə əhali azalması 200 mini ilk dəfə aşmışdı. 2011-ci ildə yeni doğulanların sayı 1 milyon 33 min olsa da, 2012-ci ildə bu rəqəmin 18 min nəfər azalacağı qeyd edilib. Milli Əhali İnstitutu və İctimai Təhlükəsizlik Araşdırma Mərkəzi, 2060-cı ildə də ölkə əhalisinin 86 milyon olacağını təxmin etdiyini açıqlamışdı. Yaponiyanın əhalisinin sayı 2005-ci ildən bu yana azalır. Ötən il baş verən sunami fəlakətində minlərlə insanın həlak olmasına baxmayaraq ölən insan sayı 1 milyon 253 min 66 nəfər idi. Yaponlar əsasən xərçəng, ürək böhranı, sətəlcəm və beyin damar xəstəlikləri səbəbindən dünyasını dəyişir.