Gecə pivə satışına qadağa qoyuldu

2 Yanvar 2013 14:09 (UTC+04:00)
Movqe.Az bildirir ki, Rusiyada spirtli pivələrin yanvar ayının 1-dən etibarən gecə boyunca satışı qadağan edilib. Market ya da başqa yerlərdə gecə saat 23.00-dan səhər saat 08.00-a qədər pivə satılamayacaq. Restoran və klublar isə qadağan əhatəsi xaricində tutulur. Rusiyada əvvəl 1 iyul 2012-ci ildə spirt dərəcəsi 5 faizdən çox olan pivələrin satışı qadağan edilmişdi. Yeni qanun ilə spirt dərəcəsindən asılı olmayaraq bütün pivələrin satışı qadağan edilir. Rusiya Prezidenti Vladimir Putin, alkoqolizmin Rusiyanın ən böyük problemi olduğunu, mövzu ilə əlaqədar mübarizə aparılacağını söyləyib. Dünya Sağlamlıq Təşkilatı məlumatlarına görə, Rusiyada kişilərin beşdə biri, qadınların isə altıda biri spirt vərdişləri səbəbi ilə dünyasını dəyişirlər. Rusiya pivə qiymətlərini də artırır. 2012-ci ildə pivə qiymətləri 20 faizə yaxın artrılıb. 2011-ci ildə Maliyyə Nazirliyinin aldığı qərar çərçivəsində 2013-cü ildə də pivə qiymətləri 25 faiz, 2014-cü ildə isə 20 faiz artacaq. Rusiya ucuz qiymətli araq istehsalını qadağan edib, spirtli içkilərin reklamlarının yazılı və internetdə iştirak etməsinə icazə vermir.