Həm əyləndilər, həm savab iş gördülər

2 Yanvar 2013 16:40 (UTC+04:00)
Movqe.az xəbər verir ki, soyuq havaya baxmayaraq dəniz geyimlərilə Ontario gölü sahilindəki "Coronation Park"a gələn yüzlərlə Kanadalı gölün buz kimi sularına qərq olub. Gəliri, Afrikanın aclıq və yoxsulluq baş verən bölgələrində açdığı mərkəzlər və uşaq kəndləri ilə bilinən "World Vision" fonduna bağışlanan təşkilatda 120 min kanada dolları toplanıb. Bu ənənəni qardaşı ilə birlikdə 28 il əvvəl başladan Tod Koric etdiyi şərhdə, son təşkilatla birlikdə bu günə qədər cəmi 1 milyon 60 min kanada dolları toplandığını söyləyib. "Su həyatdır" deyən Koric "bu pullarla Afrikada təmiz və sağlam suya möhtac insanlara və uşaqlara kömək edilir" deyib.