Mini ətək keşişi işsiz qoyub
2 Yanvar 2013 16:53 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İtaliyada bir
keşiş mini ətəklə əlaqədar sözləri ucbatından işindən qovulub.
İtalyanın şimalındakı La Spezia şəhərində olan San Terenzo Kilsəsi
keşişi Don Piero Korsi, kilsəsinin elan cədvəlinə yazdığı,
"Qadınlar, geydikləri mini ətəklərlə kişiləri təhrik edir" fikri
ucbatından gördüyü reaksiyalar səbəbiylə istefa edib. Keşiş Don
Korsinin "açıq-saçıq geyinən qadınların kişiləri yoldan
çıxartdığını, bunun nəticəsində şiddətə təşviq etdiyi" iddiasını
irəli sürməsi qısa müddətdə böyük səs-küy yaradıb. Qadın dərnək və
təşkilatları, bu kimi şərh və yanaşmaların ölkədəki qadın
düşmənliyini qızışdırdığını, özlərini gedərək daha da təhlükədə
hiss etdiklərini söyləyib. Reaksiyaların gedərək artması səbəbindən
Rahib Don Korsi vəzifəsinə layiq olmadığını ifadə edərək istefa
edib.