Sarkozinin ilk məğlubiyyəti

23 Aprel 2012 11:17 (UTC+04:00)

Mövqe.az BBC-ə istinadən xəbər verir ki, Fransada prezident seçimlərində ilk turun qalibi Sosyalistlərin namizədi François Hollande olub.

François Hollande 28.6% səslə 27.1% səs yığan Nikolas Sarkozini geridə qoyub.

Hər iki namizəd 6 may keçiriləcək ikinc turda rəqabət aparacaq.

Digər namizəd Marine Le Pe səslərin 19%-ini yığaraq üçüncü yeri tutarkən, Kommunist Partiyanın dəstəklədiyi namizəd Jean-Luc Melenchon isə 12% səs yığıb.

Malenchon ikinci turda seçicilərinə səslərini Hollandeyə vermələrini söyləyib.

Ziba Yusifova

Movqe.az