"Qar sənəti" göz qamaşdırıb
5 Yanvar 2013 15:11 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Çinin
şimal-şərqindəki "Jilin" əyalətində təşkil edilən "Jingyue Qar
Festivalı" göz qamaşdırıb. İnşasında yalnız qar istifadə edilən
möhtəşəm binalar hər kəsin xoşuna gəlib. Çin mediasında verilən
görüntülərdə qışın çox soyuq keçdiyi "Changchun" şəhərində hər il
təşkil edilən "Jingyue Qar Festivalı"nın bu il də olduqca təntənəli
keçdiyi bildirilib. Jilin əyalətinin əsas şəhərində hər il təşkil
edilən qar festivalı çərçivəsində toplaşan bir qrup memar qardan
möhtəşəm binalar inşa edib. Yalnız saf qarın üzərində müxtəlif
alətlər istifadə edilərək formalaşdırılan əsərlər onları görənləri
təəccübləndirib.

