2 milyard illik meteorit

5 Yanvar 2013 15:53 (UTC+04:00)
Movqe.az xəbər verir ki, NASA 2011-ci ildə Mars planetindən Afrika səhrasına düşən meteoritin araşdırıldığını maraqlı nəticələr əldə edildiyini açıqlayıb. NASA-nın internet saytındakı xəbərdə, "Qara rəngin gözəlliyi" ləqəbi verilən "NWA 7034" adlı meteoritin 320 qram ağırlığında 2,1 milyard yaşında olduğu bildirilib. NASA mütəxəssisi Miç Sçulte, Mars planetində baş verən son geoloji dövrün başlanğıcı olan "Amazon" dövrünə aid meteoritin tapılan digər meteoritlərdən daha köhnə olduğunu qırmızı planetin tarixinə dair çox əhəmiyyətli məlumatlar verdiyini bildirib. Mütəxəssislər, "NWA 7034"ün bu günə qədər olan digər Mars mənşəli meteoritlərdan 10 qat daha çox su ehtiva etdiyini, həmçinin içindəki oksigen izotopu nisbətinin qırmızı planetdəki atmosferlə qarşılıqlı təsiri səbəbiylə daha fərqli olduğunu deyib. Mütəxəssislər, bu meteoritdən əldə etdikləri məlumatların gələcəkdə Marsla əlaqədar araşdırmalarda çox işə yarayacağını, qırmızı planetinin geoloji quruluşundakı prosesin 2 milyard il əvvəlki vulkanik səthinin sirrinin bu sayədə həll edilə biləcəyini düşündüklərini sözlərinə əlavə edib.