Şokoladı narıncı fincandan için!

5 Yanvar 2013 16:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, isti şokolad narıncı və ya krem rəngli fincandan içildikdə daha ləzzətli olur.
Valencia Politexnik Oxford Universitetinin elm adamları 57 könüllüyə , krem, qırmızı narıncı rəngli fincanlarda isti şokolad təklif edib. Hamısında eyni şokolad olmasına baxmayaraq könüllülər, narıncı və ya krem rəngli fincanda təklif edilən isti şokoladı daha ləzzətli hesab edib. Alimlərə görə, içkilərin təqdim edildiyi qablar dad aroma kimi bəzi xüsusiyyətlərin qəbulunu dəyişdirə bilər.