İran sosial şəbəkələri nəzarətdə saxlaya biləcək yeni proqram təminatı hazırlayır

6 Yanvar 2013 11:08 (UTC+04:00)

İran hökuməti sosial şəbəkələrin fəaliyyətini nəzarətdə saxlaya biləcək yeni proqram təminatın yaradılmasına çalışır. APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə İran qəzetlərinə müsahibəsində polis rəhbəri general İsmayıl Əhmədi Moğadam bildirib. Onun sözlərinə görə, "yeni proqram təminatı iranlıları ziyanverici onlayn-kontentdən təhlükəsizləşdirməyə kömək edəcək və istifadəçilərə internetin üstünlüklərindən zövq almaq imkanı verəcək".

Lakin polis rəhbəri yeni proqram təminatın nə vaxt işə salınacağını və konkret hansı sosial şəbəkələri tənzimləyəcəyini dəqiqləşdirmədi.

Qeyd edək ki, hal-hazırda İranda sosial şəbəkələrdən Facebook və Twitter daha geniş istifadə olunur.