Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Azərbaycanda qaz sızmasından ölüb

7 Yanvar 2013 12:28 (UTC+04:00)

Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş zabiti Engin Erkman Yıldızeli Bakıda qaz sızmasından ölüb.

 APA-nın "İhlas" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, hadisənin nə vaxt, hansı şəraitdə baş verdiyi, keçmiş zabitin Azərbaycanda nə işlə məşğul olması barədə məlumat verilməyib.

44 yaşlı əməkli kapitan doğulduğu Balıkəsirdə hərbi mərasimlə torpağa tapşırılıb.